Azərbaycanda məclisdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - YENİLƏNİB

Hadisə 16 İyul 2026 10:30
Azərbaycanda məclisdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Şəmkirdə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.

Bildirilib ki, iyulun 15-i saat 03:00-da zəhərlənmə şübhəsi ilə 11 nəfər (9 qadın, 2 kişi) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

"Pasiyentlərə zəruri ilkin tibbi yardım göstərilib. Hər birinin vəziyyəti qənaətbəxş qiymətləndirilərək ambulator müalicə üçün evə buraxılıb".

***09:54

Şəmkir rayonunda qidadan kütləvi zəhərlənmə faktı qeydə alınıb. 

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, restoranlardan birində zəhərlənən 11 nəfər xəstəxanaya yeləşdirilib. 

Mədinə İsmayılova (1995), Sevil Cəlilova (1994), Gülbəniz Cəlilova (1973), Leyla Qurbanova (2007), Rüfət Qurbanov (1999), Türə Daşdəmirova (1999), Famil İsgəndərov (1994), Aysu Abbasova (2015), Rüxsarə İsgəndərova (1967), Fatimə İsgəndərova (1999)  və onun həm yaşıdı Rasim Şirininov qida zəhərlənməsi diaqnozu ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

İlkin ehtimala görə, həmin şəxslər məclisdə yedikləri salatdan zəhərləniblər. 

Faktla bağlı araşdırma başlanılıb.

Oxunub : 302
ŞƏRH YAZ
Ad

E-mail

Şərh