Dünyanın ən bahalı şəhərləri AÇIQLANDI

Dünyanın müxtəlif ölkələrində yaşayış xərcləri, mənzil kirayələri, əməkhaqları və gündəlik istehlak məhsullarının qiymətlərini müqayisə edən növbəti beynəlxalq hesabat dərc olunub. Araşdırma dünyanın ən bahalı şəhərlərini, yaşayış keyfiyyətinin ən yüksək olduğu məkanları və son illərdə qiymət dinamikasında baş verən dəyişiklikləri ortaya qoyub.
Avtosfer.az Sfera.az-a istinadən xəbər verir ki, “Deutsche Bank”ın hazırladığı “Mapping the World’s Prices” (“Dünyanın qiymətlərinin xəritəsi”) adlı illik hesabatın 10-cu buraxılışında dünyanın 69 şəhəri üzrə qiymətlər müqayisə edilib.
Hesabata əsasən, İsveçrənin Sürix və Cenevrə şəhərləri dünyanın ən bahalı şəhərləri siyahısına başçılıq edir. İlk beşlikdə həmçinin Təl-Əviv, Nyu-York və San-Fransisko yer alıb. Araşdırmada qeyd olunub ki, inkişaf etmiş ölkələrin böyük şəhərləri arasında Tokio qiymətlər baxımından nisbətən daha əlverişli şəhər kimi seçilir.
Yaşayış keyfiyyətinə görə isə Lüksemburq ikinci il ardıcıl olaraq birinci pillədə qərarlaşıb. İlk beşlikdə Kopenhagen, Amsterdam, Vyana və Münhen də yer alır. Bunun əksinə olaraq, Paris, London, Nyu-York və Honkonq kimi iri maliyyə mərkəzləri bahalı mənzillər, uzun işə gedib-gəlmə müddəti və yüksək hava çirkliliyi səbəbindən daha aşağı sıralarda qərarlaşıb.
Araşdırmada maaş səviyyələri də müqayisə edilib. Bu göstərici üzrə Sürix liderdir. Onu San-Fransisko, Cenevrə, Boston və Nyu-York izləyir. Son on ildə maaş artımının ən yüksək olduğu şəhərlər sırasında isə Budapeşt, Praqa və Varşava ön plana çıxıb.
Hesabatda həmçinin qeyd edilir ki, Honkonq daşınmaz əmlak qiymətlərinə görə liderliyini qoruyur. London aylıq ictimai nəqliyyat abonementinin ən bahalı olduğu şəhər seçilib. Lüksemburqda isə ictimai nəqliyyatdan istifadə hələ də tamamilə ödənişsizdir.
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı
Xırdalanın xaotik tikintisi müzakirə yaratdı: Şəhərsalma problemləri gündəmdə
Azərbaycan–Türkiyə qardaşlığını ayrı-ayrı şəxslərin açıqlamaları ilə sarsıtmaq mümkün deyil – FAZİL MUSTAFA
Yağışlı havada təhlükəsiz sürüşün 5 QAYDASI
“Boeing” üçün illik rekord
Elektromobillərin hərbi obyektlərə girişinə məhdudiyyət qoyulur – SƏBƏB












