Şəmkirdə itkin düşən ana və 3 azyaşlı övladı tapılıb - FOTO - YENİLƏNİB

Şəmkirdə naməlum şəraitdə itkin düşən ana və 3 azyaşlı övladı tapılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə qadının qonşusu Sabir Qarayev məlumat verib. Onun sözlərinə görə 27 yaşlı Səriyyə Məmmədovanı polis Bakıda tapıb. Məlumata görə, hazırda ana və azyaşlı övladlarının səhhətində heç bir problem yoxdur.
***
13:22
Şəmkir rayonunda ana və azyaşlı övladları axtarılır.
Avtosfer.az xəbər verir ki, rayon mərkəzinin 20 Yanvar küçəsində yaşayan, 27 yaşlı Səriyyə Məmmədova 7, 6 yaşında iki oğlu və 4 yaşında qızı ilə martın 9-u səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Bu barədə Səriyyə Məmmədovanın qonşusu Sabir Qarayev məlumat verib. Onun sözlərinə görə, martın 9-da qonşu kimi onlara baş çəkməyə gedib: “Evin qapısının açıq olduğunu gördüm. Evə girdim, qaz, işıq yanırdı. Narahatıq ki, bəlkə başlarına iş gəlib. 4 gündür bir xəbər yoxdur. Bilmirik haradadırlar? Bəlkə başlarına iş gəlib və ya hədə qorxu gəlib aparıblar. Evdən gedəndə heç nə götürməyiblər. Sənədləri də evdədir. Artıq polisə məlumat vermişik". Sabir Qarayevin sözlərinə görə, Səriyə Məmmədova həyat yoldaşından ayrılıb. Qadının həyat yoldaşı ruhi xəstəxanada yatır. Məlumata görə, ordan qaçıb. Hadisə ilə bağlı polisə məlumat verilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, faktla bağlı Şəmkir rayon Polis Şöbəsinə mart ayının 12-si rəsmi məlumat daxil olub: “Hazırda itki düşən şəxslərin yerinin müəyyən edilərək ailəsinə təhvil verilməsi istiqamətində müvafiq əməliyyat-axtarış tədbirləri davam etdirilir. Tez bir zamanda həmin şəxslər tapıldıqda ictimaiyyətə əlavə məlumat veriləcək”.
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO - YENİLƏNİB
Kristal Abşeronun həyətində xaos: Hərəkət çətinləşdi - FOTO
Avtobus palçıqlı yolda batdı - VİDEO
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO












