Şəmkirdə küçədə söyüş söyən kişi həbs edildi

Şəmkir rayonunda küçədə ictimai qaydanı pozan və söyüş söyən şəxs həbs olunub. Avtosfer.az Lent.az-a istinadla xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində, mərkəzi küçələrdən birində baş verib. 58 yaşlı Aqil Kərəmov (ad və soyad şərtidir) spirtli içki almaq istəsə də, pulu çatmayıb. O, bundan əsəbiləşərək ictimai yerdə söyüş söyüb. Polis əməkdaşları ona yaxınlaşaraq irad bildirsələr də, Aqil hərəkətlərinə davam edib. Nəticədə Aqil Kərəmov saxlanılıb və barəsində müvafiq maddə ilə inzibati protokol tərtib edilib. Onun sözlərinə görə, 3-4 aydır spirtsiz dura bilmir. İçki tapa bilmədikdə isə insanları hədələyərək ona araq və ya digər spirtli içkilər almağı tələb edir. Aqil əməlindən peşman olduğunu deyib və məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edib. Şəmkir Rayon Məhkəməsi Aqil Kərəmov barəsində 15 gün müddətinə inzibati həbs cəzası tətbiq edib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












