Şəmkirdə yeznə toyuğa görə qaynını güllələdi

Şəmkirdə yeznənin qaynını güllələməsinin təfərrüatı məlum olub.
Avtosfer.az xəbər verir ki, Alavaşlı kənd sakini Naib Həsənovun toyuqları yeznəsi Mais Ələkbərovun həyətinə keçib. Bu zaman qohumların arasında mübahisə düşüb. Dava zamanı Mais Ələkbərov Naib Həsənovu döyüb. Bundan əsəbiləşən Naib yeznəsi Mais Ələkbərovu özünə məxsus ov tüfəngindən atəş açaraq yaralayıb.
Hadisəni törədən Naib Həsənov polis tərəfindən saxlanılıb.
(unikal)
***
14:50
Hadisə rayonun Ağlavaşlı kəndində qeydə alınıb.
Kənd sakini 1978-ci il təvəllüdlü Mais Ələkbərov güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.
Avtosfer.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, hadisə ilə bağlı Şəmkir Rayon Polis Şöbəsinin həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı cinayəti törətməkdə şübhəli bilinən rayon sakini Naib Həsənov müəyyən olunub. O, müvafiq sənədləri olan ov tüfəngi ilə birlikdə saxlanılaraq, istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












