Şirvanda qadınlar arasında torpaq mübahisəsi dava ilə nəticələndi

Şirvan şəhərində qonşular arasında torpaq sahəsinin sərhədləri ilə bağlı uzun illərdir davam edən münaqişə yenidən gərginliyə səbəb olub. Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, tərəflər arasında mübahisə 2018-ci ildən bəri mövcuddur. Məlumata görə, hadisə Aytacla qonşuları Ləman və onun bacısı qızı Rəqsanə (adlar şərti verilib - red.) arasında baş verib.
Hadisə axşam saatlarında olub. Aytac özünə məxsus həyətyanı sahədə çəkdiyi daş hasarın Ləman və Rəqsanə tərəfindən aşırıldığını iddia edib. Bundan sonra tərəflər arasında mübahisə yaranıb, onlar qarşılıqlı olaraq bir-birilərinin ünvanlarına nalayiq ifadələr işlədiblər.
Ləman və Rəqsanə bildiriblər ki, Aytacın çəkdiyi daş hasar onların evinə gedən yolu bağlayıb. Onların sözlərinə görə, mübahisə zamanı Aytac Rəqsanəyə qarşı fiziki zorakılıq tətbiq edib və onu boğmağa cəhd göstərib.
Aytac isə iddiaları təkzib edib, heç kəsə xəsarət yetirmədiyini, yalnız mübahisə etdiklərini bildirib.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat verilib. Əraziyə polis əməkdaşları cəlb olunublar. Tərəflərin izahatları alınıb. Məlum olub ki, bu hadisənin törədilməsində Aytac günahkardır.
Aytacın barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə protokol tərtib olunub.
Şirvan Şəhər Məhkəməsinin qərarı ilə Aytacın inzibati xəta törətməsi müəyyən edilməyib. Buna görə də onun barəsində başlanan İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə icraata xitam verilib.
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO












