Şöbədə arvadını güllələyən polis: "Niyyətim onu yox, özümü öldürmək idi"

Bakıda polis şöbəsində arvadını güllələyən polis serjantı İsmayıl Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Avtosfer.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş tərəf vəsatət verərək hüquqi varis kimi Xanım Məmmədovanın anasının tanınmasını istəyib. Məhkəmə vəsatəti təmin etməyərək zərərçəkmiş şəxsin qardaşını hüquqi varis kimi tanındığını elan edib. Prosesdə ittiham aktı elan olunub. Daha sonra təqsirləndirilən şəxs məhkəmədə sərbəst ifadə verib. İ.Məmmədov ifadəsində həyat yoldaşını sevib ailə qurduğunu və övladı dünyaya gələnə qədər aralarında problem olmadığını deyib: "Xanımla 2014-ci ildə tanış olmuşam. 4 il universitetdə oxuyub. Onu üniversitetə hər gün mən aparıb gətirmişəm. Hətta mən ona görə, işimi gecə növbəsinə dəyişmişdim. 2014-ci ildə ailə qurduq. Əvvəldən razılaşmışdıq ki, ali təhsil alacaq, amma işləməyəcək. Övladım dünyaya gələndən sonra işləmək istədiyini dedi. Ondan sonra isə ailədə problemlər yaranmağa başladı. Sevmişəm, qısqanmışam, vurmuşam da, döymüşəm də. Sentyabrın 29-da paltar məsələsi ilə bağlı mübahisə etdik. Mən ona həmin koftanı geyinməyəcəyini desəm də, cavabında mənə azad yaşamaq istədiyini dedi".
İ.Məmmədov bildirib ki, mübahisə baş verən günün səhəri həyat yoldaşı evdən qaçmasın deyə qapını bağlayıb evdən çıxıb: "Evə qayıdanda gördüm qapı açıqdır, Xanım da yoxdur. Sentyabrın 30-u təhqiqatçı zəng vurdu ki, sizdən şikayət var. Mən Xanıma zəng vurub bölməyə gəlmə desəm də, artıq gec olduğunu dedi. Sonra məni polisə çağırdılar. Təhqiqatçı mənə iradlarını bildirdi. Dedi ki, Xanım səninlə bir yerdə qalmaq istəmir, bədənində xəsarətlər var. Mən təhqiqatçıya dedim ki, sən onun xəsarətlərini harda görmüsən? O sənə bədəninin şəkillərini atıb? Mən Xanımdan xahiş elədim ki, barışaq, üzr istədim. O isə mənə “yox” dedi. Sonra təhqiqatçıdan xahiş elədim, uşaqlarımla görüşüm. Otağa daxil olub uşaqlarımı qucaqladım. Bu vaxt Xanım mənə şərəfsiz dedi. Açığını deyim ki, mən uşaqlarla halallaşdıqdan sonra çölə çıxıb özümü öldürmək istəyirdim. Amma o bölmədə mənə dəfələrlə şərəfsiz deyəndən sonra özümə cavabdeh olmadım. Ondan sonra nə olduğunu xatırlamıram". Vəkil Qanqa İbrahimovun “Nəyə görə, həyat yoldaşınıza 15 güllə vurdunuz”, sualına isə təqsirləndirilən şəxs "Mən onu məqsədli öldürmək istəsəydim, onu bir və ya 2 güllə ilə öldürərdim, 15 güllə vurmazdım. Özümdə olmadığım üçün 15 güllə vurmuşam" cavabını verib. Vəkilin suallarını cavablandıran İ. Məmmədov deyib ki, o, həyat yoldaşının polis bölməsinə getməsini istəməyib: "Mən istəmirdim o polisə getsin. Çünki işlədiyim yer idi, kollektiv içində biabır olmaq istəmirdim. O koridorda iş yoldaşlarımın yanında mənə şərəfsiz dedi. Mən ona əsəbiləşdim. Mən sivil adamam. İstəyirdim ki, sakitliklə ayrılaq”. Proses fevralın 22-də davam etdiriləcək. Xatırladaq ki, hadisə ötən il sentyabrın 30-da baş verib. Nizami rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Nizami RPİ-nin 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq həyat yoldaşı Xanım Məmmədovanı qəsdən öldürməsi müəyyən edilib. Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.
Huşsuz vəziyyətdə olan sürücü yanan avtomobildən belə xilas edildi – ANBAAN VİDEO
Tələbələrin fotolarını yayan şəxsin barəsində cinayət işi başlanıldı - VİDEO
Azərbaycanda gün ərzində ikinci zəlzələ - FOTO
Bakıda görünməmiş hadisə: Yeni səki salınması NARAZILIĞA SƏBƏB OLDU - VİDEO
Bakıda gecə yarısı kabus: Qadın hərəkətdə olan maşının üzərinə getdi - VİDEO
Xanım tələbələri şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakıda qumar oynayan taksi sürücüsü saxlanıldı - 3 min manat cərimələndi
Qırmızı işıqda gözləyən avtomobillər çökən yola düşdü - FOTO
Motosikletlə kafeyə girib narahatlıq yaradan sürücü cərimələndi – 250 manat - VİDEO
Taksi sürücüsü müştərini aparmaqdan imtina etdi - Məhkəməlik oldu
Restoranda hallanan kişi qadın sürücünü evinədək təqib etdi - Əri ilə dalaşıb həbsə düşdü








