ŞOK HADİSƏ: Rusiyanın gizli PUA proqramları sosial şəbəkələrə sızdırıldı – FOTO

Rusiyanın gizli PUA proqramları sosial media hesablarından sızdırılıb. Avtosfer.az Yenicag.az-a istinadən xəbər verir ki, “Telegram” qruplarından sızan və dünya mediasında səs-küyə səbəb olan prosesə Rusiyanın gizli İHA proqramının təfərrüatları daxil edilib. Sözügedən fotoşəkillər hətta PUA istehsal mərkəzinin yerini də ortaya qoyub.
Digər tərəfdən, Rusiyanın İrandan aldığı “Shaded-136” model kamikadze dronlarını modernləşdirərək fərqli PUA-ya çevirdiyi ortaya çıxıb. “Telegram”da sızan və Rusiya mətbuatında trend olan məlumatlara görə, Rusiya bu PUA-ları ölkənin Alabuqa bölgəsində modernləşdirir. Alabuqa Rusiyanın mərkəzi hissələrində yerləşən və Tatarıstanla əlaqəli kiçik sənaye şəhəridir. Bölgənin əhalisi təxminən 70 min nəfərdir.
2022-ci il fevralın 24-də başlayan Rusiyanın Ukraynaya hərbi müdaxiləsi klassik müharibə taktikasını yenidən yazıb. Kiyev “Bayraktar TB2” də daxil olmaqla, müxtəlif PUA və pilotsuz təyyarələrlə Rusiyanın kilometrlərlə uzunluğundakı tank karvanlarını partlatmaqla Rusiya qanadını geri addım atmağa məcbu edib. PUA-ların müharibədə əhəmiyyətini gec anlayan Moskva rəhbərliyi çarəni İrandan aldıqları “Shaded-136”larda tapıb. Rusiya bu kamikadze təyyarələri ilə dəfələrlə Ukrayna bazalarına və enerji mərkəzlərinə hücum edib.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Dmitri Pletençuk bildirib ki, Ukrayna Hərbi Dəniz Qüvvələri Krımda Rusiya Qara Dəniz Donanmasının “Kommuna” yardımçı gəmisini vurmağa nail olub. Təxminən 110 il əvvəl istehsal edildiyi ortaya çıxan gəmi, təbii ki, bu müddət ərzində dəfələrlə modernləşdirilib. Bu modernləşdirilmiş dəniz dəstək gəmisi sualtı qayıqların axtarışı və xilas edilməsi üçün nəzərdə tutulub və eyni zamanda sualtı nəqliyyat vasitələrinin daşıyıcısı kimi xidmət edib.

Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO












