Sosial şəbəkələrdə səs yazısı yayılan şəxs saxlanıldı - AUDİO

Vətəndaşları şantaj edərək pul tələb edən şəxsin sosial şəbəkələrdə səs yazısı yayılıb.
“Qafqazinfo” xəbər verir ki, müxtəlif səs yazılarında “Emin Qoca” ləqəbli Emin Hüseynli polis idarələrinin adından istifadə edərək insanlara hədə-qorxu gəlir. O, telefonla danışdığı şəxsləri narkotik vasitələrin satışında ittiham etməyə çalışaraq onları şantaj edir.
E.Hüseynli həmçinin külli miqdarda narkotik vasitələri öz avtomobilində daşıması barədə fikirlər səsləndirərək danışdığı şəxslərə təsir edir. Səs yazısı yayılan şəxs hansı ərazilərə nə qədər narkotik verdiyini, bunun qarşılığında nə qədər pul aldığını da qeyd edir.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov sorğumuza cavab olaraq bildirib ki, həmin şəxslə bağlı araşdırma aparılıb:
“Füzuli rayon sakini olan 1995-ci il təvəllüdlü Hüseynli Emin Muğan oğlu narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün paytaxt ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə heroin aşkarlanıb. Yasamal Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir”.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












