Spirtli içki 38 nəfərin həyatına son qoydu - ŞOK SƏBƏB ÜZƏ ÇIXDI – YENİLƏNİB

İstanbulda saxta spirtli içkidən ölənlərin sayı 38 nəfərə çatıb.
Avtosfer.az xəbər verir ki, məlumatı İstanbul Təbiblər Palatası yayıb. Bildirilir ki, 44 nəfərin müalicəsi reanimasiyada davam edir, 26 nəfər süni tənəffüs cihazına qoşulub.
İndiyədək 4 nəfər müalicə olunaraq evə buraxılıb. Bir nəfər müalicədən imtina edib, 2 nəfər xəstəxanadan qaçıb.
İstanbul Təbiblər Palatası kütləvi alkoqol zəhərlənməsini ciddi səhiyyə böhranı kimi xarakterizə edib.
***
12:00
İstanbulda saxta spirtli içkidən kütləvi ölüm halları dünya mediasının diqqət mərkəzindədir.
Avtosfer.az xəbər verir ki, yanvarın 1-dən indiyədək şəhərdə 35 nəfər saxta spirtli içkidən dünyasını dəyişib. Təxminən 50 nəfər reanimasiyadadır.
Özbək teleqram kanalları yazır ki, ölənlərdən 10 nəfəri Daşkənd sakinidir. Onlar Türkiyəyə iş dalınca gediblər. Həyatını itirənlərin hamısı ailəli, övlad sahibi olub.
İl başlayandan türk polisi 30 ton saxta içkini müasirə edib, 65 restoranın lisenziyası ləğv olunub.
Məhkəmə ekspertizası ölənlərin bədənində böyük dozada metil spirti aşkar edib. Metil spirti ağır zəhər hesab edilir, heç bir qida əhəmiyyəti yoxdur. Onu adətən alkoqollu içkilərə maya dəyərini aşağı salmaq, təsir gücünü artırmaq üçün qatırlar. Metil spirtinin ən kiçik dozası insanı kor edə, qaraciyərini sıradan çıxara və öldürə bilir.
Lakin bu maddənin sənaye əhəmiyyəti böyükdür. Ondan antifriz, şüşəsilən maye və boya hazırlanmasında geniş istifadə edilir.
Son illərdə Türkiyədə spirtli içkilərə verginin artırılması saxta məhsul istehsalının genişlənməsinə səbəb olub. Bu səbəbdən alkoqol zəhərlənməsi adiləşib. Valiliyin məlumatına görə, 2024-cü ildə İstanbulda 110 nəfər alkoqol intoksikasiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlardan 48-nin həyatını xilas etmək mümkün olmayıb.
Avropa mətbuatının məlumatına görə, bir çox ekspert bu vəziyyətə görə dolayı yolla olsa da, hökuməti ittiham edir. Onlar içkilərə verginin ilbəil artmasını məntiqli hesab etmirlər. Ənənəvi türk içkisi olan standart rakının 1 litri təxminən 63 manatdır. Orta aylıq əmək haqqının 820 manat olduğu ölkədə hər adam normal spirtli içki ala bilmir.
Vüqar Yaşaroğlu
Sarayda avtomobil PARTLAYIB: Xəsarət alan var
Tiktoker sürücü qırmızı işıqda maşından düşüb hoqqa verdi - VİDEO
Tanışı olan qızla avtomobili cızan 26 yaşlı oğlan CƏZALANDIRILDI
Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəməyib - Baş Prokurorluqdan təkzib
Bu küçələrdə piyadalar maşın yolunu səkiyə çevirib - ŞİKAYƏT - VİDEO
“Siz rayon ərazində vertolyotla gəzirsiz?” – Jurnalistdən İCRA BAŞÇISINA MESAJ - VİDEO
Bakıda yolda nəzarətsiz at görüntüləndi – Polis dərhal tədbir gördü - VİDEO
“Opel” çökmüş yola düşdü: Xaçmazda hadisə - VİDEO
İcra başçısı Adil Əliyevin köməkçisi öldü - FOTO
Orta yaşlı kişi hərəkətdə olan avtomobillərin qarşısına qəfil atıldı - VİDEO
“Qurban olum, bir övladım var, maşını saxla” – Uşağını nəzarətsiz qoyan valideyn - VİDEO










