Sülhməramlı reketin növbəti təxribatı - FOTO

Bu gün erməni “Telegram” kanalları Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında qaz kəmərində “qəza” baş verməsi ilə bağlı xəbərləri fəal şəkildə yayır. Partlayış nəticəsində Xankəndinə qaz verilişi dayandırılıb.
Bu barədə “Caliber” “Telegram” kanalı yazıb.
Bəs əslində nə baş verib?
Mənbələrimizin bildirdiyinə görə, Qarabağda magistral qaz kəmərinə həqiqətən də ciddi ziyan dəyib. Lakin məlumatlı şəxslərin bizə verdiyi informasiyaya əsasən, bu, reket-general, Rusiya sülhməramlı kontingentinin hazırkı komandiri Andrey Volkovun birbaşa köməyi ilə törədilən təxribatdır. Zərər kifayət qədər ciddidir və nəticələri bir günə aradan qaldırıla bilməz.
Volkov və onun sülhməramlıların Rusiya komandanlığından olan etibarlı şəxsləri, həmçinin separatçılar baş verənlərə görə sonradan Azərbaycan tərəfini günahlandırmaq üçün qəsdən bu cür təxribatlara əl atırlar.
Son həftələr ərzində Qarabağda gərginliyin dərəcəsi yüksəlir. Mövqelərimizin atəşə tutulması müntəzəm xarakter alıb və Qarabağda quldurların arxalandığı əsas fiqur Rusiya sülhməramlı kontingentinin hazırkı komandiri, general-mayor Andrey Volkovdur.
Daha əvvəl yazdığımız kimi, Volkov artıq Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında, o cümlədən Pirlər kəndindəki üzüm bağlarında öz biznes maraqlarını həyata keçirir. Üstəlik, Volkov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək separatçılara mütəmadi olaraq qaçaqmalçılıq xidməti göstərir. Təbii ki, bütün bunlar təmənnasız baş vermir.
Bundan əlavə, Volkovun Azərbaycan tərəfinə şəxsi nifrəti var. O, 2020-ci ilin dekabrında xüsusi təyinatlılarımızın onu necə mühasirəyə alaraq xüsusi əməliyyat zonasından qovduğunu unuda bilmir. Həmin vaxt erməni diversiya qrupuna məhz Volkov himayədarlıq edib.
Bəs biz indi nə görürük?
Dünən saytımızda, eləcə də digər Azərbaycan KİV-lərində Volkovla bağlı yazılanlardan sonra o, növbəti təxribata əl atıb. Ancaq bu, görünür, artıq aqoniyadır. Azərbaycanda olduğu kimi Rusiyada da minlərlə insanın onun və onun cılızlığı haqqında həqiqəti öyrənməsi generalın xoşuna gəlməyib...".
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - VİDEO
Abşeronda binada partlayış baş verib: Xəsarət alan var - VİDEO
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO - YENİLƏNİB
Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı - Polis 2 gün sonra tapdı
Kristal Abşeronun həyətində xaos: Hərəkət çətinləşdi - FOTO
Avtobus palçıqlı yolda batdı - VİDEO
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO











