Sumqayıtda 38 yaşlı qadın bıçaqlandı

Sumqayıtda 38 yaşlı qadın bıçaqlanıb. Avtosfer.az "Teleqraf"a istinadən xəbərinə görə, hadisə şəhərin Bulvar küçəsi ərazisində qeydə alınıb. İlkin məlumata əsasən, 1986-cı il təvəllüdlü Allahverdiyev Yusif Seyfulla oğlu şəxsi münaqişə zəminində 1988-ci il təvəllüdlü Muxtarova Zəhra Vəli qızını əvvəlcə döyüb, daha sonra bıçaqla xəsarətlər yetirib. Ağır xəsarət alan qadın təcili tibbi yardımla xəstəxanaya çatdırılıb. Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, zərərçəkənə döş qəfəsinin arxa səthinin kəsilmiş-deşilmiş yarası, həmçinin ağız və burun nahiyəsinin travmaları diaqnozu qoyulub. Ona zəruri tibbi yardım göstərilib, hazırda müalicəsi davam etdirilir. Vəziyyətinin stabil olduğu qeyd edilib.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Yusif Allahverdiyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












