Sumqayıtda ev sahibinin oğlu yaşadığı mənzili yandırdı

Hadisə 2 Sentyabr 2026 09:18
Sumqayıtda ev sahibinin oğlu yaşadığı mənzili yandırdı
WhatsApp kanalımıza abunə olun

Sumqayıt şəhərinin Corat bağları ərazisində fərdi yaşayış evində yanğın baş verib.

Avtosfer.az report-a istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb və alovun ətrafdakı evlərə keçməsinin qarşısı alınıb.

İlkin məlumata görə, yanğının ev sahibinin oğlu (şəxsiyyəti dəqiqləşdirilir – red) tərəfindən törədildiyi bildirilir. O, polis əməkdaşları tərəfindən hadisə yerində saxlanılıb.

Hadisənin təfərrüatları və yanğının dəqiq səbəbləri araşdırılır.

Oxunub : 222
ŞƏRH YAZ
Ad

E-mail

Şərh