Sarı torun üzərində dayanmaq olarmı? – AÇIQLAMA – VİDEO

Yol kəsişmələrində sürücülərin tez-tez çaşdığı məqamlardan biri sarı tor nişanlanmasının üzərində dayanmaq, digəri isə svetoforun qırmızı işığı yandığı zaman yolayrıcını tərk etmək məsələsidir.
Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov bu iki vəziyyətlə bağlı sürücülərə mühüm açıqlamalar verib.
Aqil Rəhimov bildirib ki, yolayrıcında çəkilmiş sarı tor nişanlanmasının üzərində dayanmaqla bağlı əsas məsələ sürücünün qarşısındakı vəziyyəti düzgün qiymətləndirməsidir. Qarşıda sıxlıq yaranıbsa və sürücü yolayrıcından keçə bilməyəcəyini görürsə, kəsişmənin daxilində dayanaraq digər istiqamətlərdən gələn nəqliyyat vasitələrinin hərəkətinə mane olmamalıdır.
Digər tərəfdən, sürücü yaşıl işıqda yolayrıcına daxil olubsa, lakin manevrini başa çatdırmamış svetoforun işığı qırmızıya keçibsə, bu zaman yolayrıcını tərk etməsi qayda pozuntusu hesab edilmir.
Aqil Rəhimovun sözlərinə görə, belə vəziyyətdə sürücü yolayrıcını mümkün qədər təhlükəsiz şəkildə boşaltmalı və başladığı manevri tamamlamalıdır.
“Əgər sürücü yaşıl işıq yanarkən yolayrıcına daxil olubsa və qarşıdan gələn nəqliyyat vasitələrinə yol vermək üçün gözləyərkən svetoforun işığı qırmızıya keçibsə, bu, qayda pozuntusu deyil. Sürücü yolayrıcını boşaltmaq məqsədilə manevrini başa çatdıra bilər”, – deyə məşqçi bildirib.
Mütəxəssis sürücüləri svetoforun siqnallarına və yolayrıcındakı nəqliyyat vəziyyətinə diqqətlə yanaşmağa çağırıb. Xüsusilə sarı tor nişanlanması olan kəsişmələrdə əsas məqsəd yolayrıcının nəqliyyat vasitələri ilə tutulmasının qarşısını almaq və digər istiqamətlərdə hərəkət edən sürücülərə maneə yaratmamaqdır.
Bu səbəbdən sürücülər qarşıda sıxlıq olduğunu gördükdə yolayrıcına daxil olmamalı, artıq yaşıl işıqda daxil olduqları yolayrıcında isə manevrlərini təhlükəsiz şəkildə tamamlayaraq kəsişməni tərk etməlidirlər.
Eltac Zülfüqaroğlu
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












