Həmin gəminin fəlakətdən bir gün əvvəlki görüntüləri ortaya çıxdı - VİDEO

Şimali Kipr Türk Respublikasının Girnə limanından Mersinin Taşucu limanına hərəkət edərkən batan “FiloJet” adlı katamaran tipli sərnişin gəmisinin qəzadan bir gün əvvəl çəkilmiş görüntüləri ortaya çıxıb.
Avtosfer.az xəbər verir ki, Aralıq dənizində yağışlı və fırtınalı havada çəkilən görüntülərdə gəminin nəhəng dalğaların arasında son dərəcə yüksək sürətlə hərəkət etdiyi, sərnişinlərin isə qorxu içində qışqırdığı anlar əks olunub.
Görüntülərin sərnişinlərdən birinin mobil telefonu ilə çəkildiyi bildirilir.
Videoda qapalı və sərt hava şəraitində hərəkət edən gəminin yüksək sürətlə dalğaları yararaq irəlilədiyi görünür. Sərnişinlərin qışqırıqları isə səfərin nə qədər təhlükəli olduğunu ortaya qoyur.
Qeyd edək ki, Gəmi Girnə Limanından çıxdıqdan qısa müddət sonra burnundan su almağa başlayıb. Ekipaj gəmini yenidən limana qaytarmağa çalışsa da, gəmi Girnə sahilləri yaxınlığında aşıb.
Qəza nəticəsində 8 nəfər həyatını itirib, 241 sərnişin xilas edilib. İtkin düşən 20 nəfərin axtarışı isə davam etdirilir.
Gəminin qalıqları dənizin təxminən 550 metr dərinliyində aşkarlanıb.
Hazırda itkin sərnişinlərin tapılması istiqamətində axtarış-xilasetmə işləri davam etdirilir.
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR












