Sumqayıtda sərnişin avtobus sürücüsünü belə döydü - VİDEO

Sumqayıt şəhərində 7 nömrəli marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti göstərən avtobusun sürücüsünə hücum edilib. Avtosfer.az-ın məlumatına görə, sərnişin avtobusu saxlamadığı üçün sürücüyə öz etirazanı bildirib. Sürücü isə ona avtobusu yalnız dayanacaqda saxlayacağını deyib. Bu zaman sərnişin sürücüyə avtobusun pəncərəsindən hücum edib. Nəticədə avtobusun sürücüsü xəsarət alıb. Hadisə şəhərin 7 nömrəli marşrurt xəttində baş verib. Sürücü Məhəbbəs İsmalov deyir ki, onlar tapşırığa əsasən sərnişinləri yalnız dayancaqda düşürə və ya mindirə bilərlər. Məlum hadisə də elə buna görə olub. Baş verənlər avtobusdakı kamera vasitəsilə lentə alınıb. Sürücü deyir ki, o, sadəcə öz vəzifə borcunu yerinə yetirib və hüquq- mühafizə orqanlarından məsələyə düzgün hüquqi qiymət verilməsini istəyir. Baş vermiş hadisə ilə bağlı artıq polisə məlumat verilib. Sumqayıt şəhər Polis İdarəsindən bidlirildi ki, həmin sərnişinin şəxsiyyəti müəyyənləşdirilir. Faktla bağlı 4-cü polis bölməsində araşdırlmalara başlanılıb.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












