Sumqayıtda toya gedən koronavirus xəstəsi aşkarlanıb - FOTO

Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının xüsusi karantin rejimi ilə əlaqədar keçirdikləri nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi şəhər ərazisində yerləşən "Dan ulduzu" restoranında keçirilən toy mərasimində iştirak etmək istəyərkən qarşısı alınıb.
Toyda iştirak edən digər şəxslərin həyatını təhlükə altına qoyan Bakı şəhər sakini Coşqun Mirzəyevin COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub.
Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və infeksiyanın yayılmasına şərait yaradıb. Həmin şəxs restorana daxil olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.
C.Mirzəyev barəsində Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsində araşdırma aparılır.///apa
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ













