Sürücüyə görə yol polisi əməkdaşını döydülər – Cinayət işi açıldı

Rusiyada sərnişinlər sürücüyə kömək etmək məqsədi ilə yol polisi əməkdaşını döyüblər.
Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident Krasnodar bölgəsinin “Tbilisk“ stansiyasında baş verib.
Məlumata görə, yol polisi əməkdaşları yol hərəkəti qaydalarını pozduğuna görə Stavropol sakininin avtomobilini saxlayıblar və protokol yazmaq üçün ondan sənəd tələb ediblər. Lakin sürücü sənədlərin olmadığını bildirib.
Polis əməkdaşlarının sürücü ilə apardığı söhbət əsnasında, onun sərnişinləri – qadın və iki kişi, yoldaşlarının inzibati məsuliyyətdən yayınması üçün polis nəfərlərindən birinə hücum çəkiblər.
Polis əməkdaşının baş nahiyyəsinə və bədəninə dəfələrlə zərbələr endirərək ona xəsarət yetiriblər.
Bundan sonra digər polislər hadisə yerinə əlavə kömək çağırıblar.
İnsident yerinə gələn asayiş keşikçiləri həmin sürücü və digər üç sərnişininin saxlayaraq polis bölməsinə aparıblar.
Hazırda Krasnodar diyarının istintaq komitəsində polisə hücumetmə maddəsi ilə cinayət işi açılıb.
Araşdırmalar davam etdirilir.
Namiq Musayev
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












