Taksi sürücüsü müştərilərdən 10 manat istədi – 7 qat cərimələndi

Hoteldən çıxıb Bakıya qayıtmaq istəyən xanımlar taksi sürücüsü barədə polisə şikayət ediblər.
"Qaynarinfo"nun məlumatına görə, hadisə Quba rayonunda baş verib.
Belə ki, Günel, Gülnar və Zəminə (şərti) paytaxtdan "Quba Retro Hotel"ə istirahətə gediblər. Bir gün sonra rəfiqələr Bakıya qayıtmaq üçün Qubada taksi sifariş veriblər. Onlar hotelin qarşısından götürmək şərti ilə sürücü ilə Bakıya 10 manat (hər biri üçün) gediş haqqına razılaşıblar.
Daha sonra sürücü Quba şəhərinin mərkəzindən - "Köhnə Avtovağzal" adlanan ərazidən bir nəfər də sərnişin götürmək üçün onlara gözləməyi təklif edib. Bu səbəbdən qadınlar narazılıq edərək, başqa taksi ilə Bakıya gedəcəklərini bildiriblər. Sürücü isə onları hoteldən götürüb, Quba şəhərinə gətirdiyi üçün əlavə 10 manat pul tələb edib. Xanımlar bu təklifə etiraz etmək istəyəndə sürücü onları təhqir edib və nalayiq sözlər işlədib. Bu səbəbdən polisə şikayət edilib.
1985-ci ildə Quba şəhərində anadan olmuş taksi sürücüsü Kənan (şərti) saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İXM-in həmin maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 70 manat cərimə edilib.
Kəsişmədə yaranan problem həll edildi - VİDEO
Sovet Azərbaycanına məxsus helikopterdə SSRİ-də ilk rast gəlinən nasazlıq və 14 ÖLÜ
12 yaşlı qızın qətlində ŞOK DETAL: Polisə ilk xəbəri verən də o imiş - VİDEO
Xəzər dənizində zəlzələ olub
Göygöldə Milli Yaylaq Festivalında səhnə uçub, xəsarət alanlar var - ADLAR - FOTO - VİDEO
“Tiktok”da söyüş söyən qadın 500 manat cərimələndi
Hökməlidə avtoyuma məntəqəsində "BMW" yandı - VİDEO
Milyonluq "Lamborgini" yolda yanıb kül oldu – FOTO
Kənar Dairəvi yolda otluq ərazidə yanğın baş verib - FOTO - VİDEO
Vaxtı bitmiş içkilərə “yeni tarix” qoydular – AQTA aşkarladı – FOTO - VİDEO
Bakıda piyadadan ağlasığmaz hərəkət – Yolda uzanıb pul istədi - VİDEO










