Taksi sürücüsü xanımın yolunu kəsdi və… - ŞOK VİDEO

Türkiyədə taksi sürücüsü qadın sürücünün qarşısında qəfil sürəti azaldıb.
Avtosfer.az “Hürriyyet”ə istinadla xəbər verir ki, hadisə ötən gün TEM şossesinin Hasdal-Okmeydanı yolunun Ankara istiqamətində baş verib. İddialara görə, təhlükəsizlik zolağında irəliləyən 34 TGY 11 dövlət nömrə nişanlı taksinin sürücüsü bir anlıq hərəkətlə orta zolaqda irəliləyən xanım sürücünün idarə etdiyi avtomobilin qarşısına keçib. İçində sərnişinlərin olduğu taksiyə dəyməmək üçün qəfil əyləci basan xanım sürücü bir müddət idarəetməni itirib.
İdarəetməni ələ aldıqdan sonra pəncərəsini açan xanım taksi sürücüsünə "Ehtiyatlı ol, ikimizi də öldürəcəkdin" deyə qışqırıb. Daha sonra taksi sürücüsü xanıma qarşı təhqiredici sözlər işlədib. Təhqirləri eşidən xanım pəncərəni bağlayıb yoluna davam etmək istəyib. Lakin nalayiq hərəkətlərini davam etdirən taksi sürücüsü maşının qarşısına keçərək qəfil əyləc basıb. Xanım sürücü digər sürücülərdən kömək istəyib. Ətrafdakı sürücülər isə səs siqnalı ilə taksi sürücüsünə reaksiya veriblər. Həmin anların bəzilərini mobil telefon kamerası ilə lentə alıb. Bundan sonra taksi sürücüsü hadisə yerindən qaçıb.
Videonu təqdim edirik:
Şəfa
Bakıda məktəbli öldürüldü: Sinif yoldaşı tutuldu
Abşeronda toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır
Sükan arxasında sərxoş tutulan nazir həm avtomobilindən, həm də vəzifəsindən oldu
Bu ölkədə cərimə yol vergisindən daha səmərəlidir
Heyvanı buynuzundan bağlayıb başıaşağı saxladı: “Onsuz da kəsiləcək” - VİDEO
Öz kefi ilə hərəkət edən skuter sürücüsü az qala piyadanı vuracaqdı - VİDEO
Sumqayıtda həyat yoldaşını qətlə yetirən şəxs qazisi imiş - DETALLAR - VİDEO
Bloger tərəfindən təhqir olunan şəhid anası nazirə müraciət etdi - YENİLƏNİB
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - VİDEO
Abşeronda binada partlayış baş verib: Xəsarət alan var - VİDEO
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO - YENİLƏNİB












