"Tarqovı"da "KİA" belə yandı - FOTO - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Səbail rayonu, İ.Səfərli küçəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Avtosfer.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd olunub ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində “KİA” markalı minik avtomobilinidə baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin salonu və mühərrik hissəsi yanıb.
Avtomobilin qalan hissəsi və yaxında park edilmiş avtomobillər yanğından mühafizə olunub.

***
Bakıda küçənin ortasında avtomobil yandı.
Hadisə "Tarqovı" kimi tanınan ərazidə baş verib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, yanğınla əlaqədar digər maşınlara ziyan dəyməsi barədə hələlik ilkin məlumat yoxdur.
Həmin görüntüləri təqdim edirik:
Elektrovozun qarşısına çıxan kişi ÖLDÜ - FOTOLAR
Oğurluq edən keçmiş məhkumlar SAXLANILDI
Qayda pozan piyadanın vecsizliyi sürücünün diqqətindən yayınmadı - VİDEO
DİN əməliyyat keçirdi: Saxlanılan şəxslərin siyahısı - VİDEO
Fira Cəlilovanın evinə basqın edildi - DİN-dən açıqlama - VİDEO
Xaçmazda quma batan maşını çıxarmağa gələn texnikalar da batdı - VİDEO
Bakıxanovda ağac budaqları sürücüləri əks yola çıxmağa məcbur edir - VİDEO
Biləcəridə aylardır qazılan yol sürücüləri tıxacda gözlədir - VİDEO
Xırdalanda avtobus qazılmış yolda ilişib qaldı - VİDEO
Nərimanovda qırılmış ağac təhlükəli vəziyyət yaratdı - VİDEO
Viski içib maşınla qayınatasıgilə getdi; 7 yaşlı uşağı vurub öldürdü












