Tbilisidə Azərbaycanlı qadın qətlə yetirilib - TƏFƏRRÜAT

Gürcüstanın paytaxtı Tbilisidə 37 yaşlı azərbaycanlı turist İradə Quliyeva qətlə yetirilib. Avtosfer.az Oxu.az-a istinadən məlumat veriri ki, iki gün əvvəl Tbilisinin Mqaloblişvili küçəsində baş vermiş hadisə ilə ilə bağlı aparılan araşdırmalarda yeni faktlar ortaya çıxıb. İttiham tərəfinin versiyasına görə, hadisəni törətməkdə təqsirləndirilən İveri Eliava qurbanı ilə əvvəlcədən tanış olmayıb, onlar sosial şəbəkələr vasitəsilə tanış olduqdan sonra kişi görüş təyin edib. Prokurorun bildirdiyinə görə, təqsirləndirilən şəxs qumar asılılığından əziyyət çəkib və bu səbəbdən ciddi maliyyə çətinlikləri, o cümlədən iri məbləğdə bank borcları olub. O, maddi vəsait əldə etmək məqsədilə İ.Quliyevanı öldürmək qərarına gəlib. İstintaq materiallarına əsasən, İ.Eliava qadına boyun və boğaz nahiyəsindən çoxsaylı bıçaq xəsarətləri yetirib və zərərçəkmiş hadisə yerində dünyasını dəyişib. O, cinayəti törətdikdən sonra yaxınlıqdakı polis bölməsinə gedərək təslim olub. Təqsirləndirilən şəxs cinayət aləti olan bıçağı, eləcə də qurbanın mobil telefonlarını və pasportunu polisə təqdim edib. Məhz həmin sənəd əsasında qətlə yetirilən şəxsin Azərbaycan vətəndaşı olduğu müəyyənləşib. İlkin dindirmə zamanı cinayəti etiraf edən və motivi ətraflı izah edən İ.Eliava məhkəmə prosesində mövqeyini dəyişib. O, hazırda susmaq hüququndan istifadə edir və ona qarşı irəli sürülən ittihamları qəbul etmir.
Müdafiə tərəfi isə ittihamın versiyası ilə razılaşmır. Vəkil Zaza Buaçidzenin sözlərinə görə, hadisə yerində mübahisə və dava baş verib. Müdafiə tərəfi prokurorluğun cinayəti "tamah məqsədilə adam öldürmə" kimi qiymətləndirməsinə etiraz edir və qətlin əsl səbəbinin aydınlaşdırılması üçün əlavə istintaq hərəkətlərinin keçirilməsini tələb edir.
Qeyd edək ki, turizm məqsədilə Gürcüstan paytaxtına gedən 37 yaşlı İ.Quliyeva orada kirayə mənzildə qalırmış.
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO












