Tbilisidə əcnəbi qadının qətlində ittiham olunan azərbaycanlı psixi sağlam hesab edilib

Tbilisidə Avstraliya vətəndaşı 31 yaşlı Şanay Brukun qətlində ittiham olunan Rafael Mursaqulovu ekspertiza psixi sağlam hesab edib.
Avtosfer.az xəbər verir ki, rəyə əsasən, soydaşımız cinayəti törədən an affekt vəziyyətində olmayıb. Cinayət işi üzrə bu günə təyin olunmuş məhməkə iclasında prokuror və vəkillər yekun nitqlə çıxış edəcəkdilər. Lakin ekspertizanın nəticəsi əldə olunandan sonra vəkillər iclasın təxirə salınmasını tələb ediblər. R.Mursaqulovun vəkilləri müdafiə etdikləri şəxsi psixiatrik klinikiya yerləşdirilməsini tələb edirdilər, lakin ekspertiza rəyindən sonra bu tələb əsaslandırılmamış olub. Yerli mətbuatın yazdığına görə, Ş.Brukun ailə üzvləri yaxın zamanlarda Gürcüstana getməyi planlaşdırırlar. Onlar R.Mursaqulovun ömürlük həbs olunmasını tələb edirlər. Qeyd edək ki, Ş.Bruk ötən ilin iyulun 30-da itkin düşüb. O, bir ildən çox müddətdə Batumidə ingilis dili pedaqoqu işləyib və Tbilisiyə istirahətə yollanıb. Qadının meyiti növbəti gün Tbilisidə Mtatsminda dağının yamacında aşkarlanıb. Əcnəbi vətəndaşın soyuq silahla öldürüldüyü bildirilir. R.Mursaqulovun günahı sübuta yetirilərsə, onu 16 ildən 20 ilədək və yaxud ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












