Təqsiri olmadan 10 il həbsdə yatan şəxsə 38 milyon dollar ödəniləcək - FOTO

ABŞ-nin Missuri ştatında məhkəmə “Traveler's Insurance” sığorta şirkətini 10 il qanunsuz həbsdə saxlanmış Rayan Ferqusona təzminat ödəmək barədə qərar çıxarıb.
Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, bu barədə “ABC 17” məlumat yayıb.
Ferquson, 1993-cü ildə Columbia Daily Tribune qəzetinin idman redaktorunun qətlində təqsirləndirilmişdi. Onun cəzası, sonradan yalan ifadə verdiyini etiraf edən dostunun ifadələrinə əsaslandırılmışdı. Yalnız 2013-cü ildə məhkəmə onun təqsirsizliyini təsdiqləyərək, müdafiə tərəfinin topladığı vacib sübutların prokurorluq tərəfindən gizlədildiyini ortaya çıxarıb.
Ferqusonun işinə baxan altı polis əməkdaşı, onun azadlığa buraxılmasından sonra sığorta şirkəti “Traveler's Insurance”a qarşı iddia qaldırıb. Bu sığorta şirkəti, müdafiə xərclərini ödəməli idi. Məhkəmə prosesi bir neçə il davam edib: Ferguson ödəmələri tələb edirdi, şirkət isə mühakimə qərarından əvvəl müştərinin sığorta polisinin etibarsız olduğunu iddia edirdi. Nəticədə, Ferguson 38 milyon dollar təzminat alacaq.
Hakim qərar verib ki, “Traveler's Insurance” şirkəti əvvəlki məhkəmə qərarlarını nəzərə almayaraq böyük məbləğdə təzminat ödəməlidir. Bir neçə il əvvəl şirkət, Fergusona həbsdə keçirdiyi hər il üçün bir milyon dollar ödəməli və Kolumbiya şəhərinin məhkəmə xərclərini qarşılamalı idi, lakin bu tələbi yerinə yetirməyib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












