Terrorçunu avtomobildə kilidləyən taksi sürücüsü böyük faciənin qarşısını alıb

Böyük Britaniyanın Liverpul şəhərində taksi sürücüsü özünü şübhəli aparan sərnişini taksidə kilidləyərək böyük faciənin qarşısını alıb.
Belə ki, artıq bir gün əvvəl Mersisayd qraflığında polis qadın xəstəxanası qarşısında avtomobilin partladılması barədə məlumat vermişdi.
Hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.
Həyatını itirən şəxs üzərində olan partlayıcı maddəni məhz avtomobilin salonunda işə salıb.
Artıq faktla bağlı araşdırma aparılır, terrorla mübarizə üzrə polis bölmələri partlayışın baş verdiyi əraziyə cəlb edilib.
21, 26 və 29 yaşlı üç nəfər terrorçuluqda ittiham edilən şəxslə əlaqəli olduğuna görə saxlanılıb.
Mənbə iddia edir ki, məhz taksi sürücüsünün ayıq-sayıqlığı nəticəsində terrorçunu avtomobildə kilidləmək mümkün olub və nəticədə güclü partlayışın qarşısını almaq mümkün olub.
Mənbə: The Sun
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












