“Tərtər işi”nə görə daha üç nəfər təzminat alacaq - Məbləğlər

“Tərtər işi”ndə zərərçəkmiş kimi tanınan daha üç nəfər maddi və mənəvi təzminat tələbi ilə məhkəməyə müraciət edib.
Avtosfer.az xəbər verir ki, Xitab24.az-ın əldə etdiyi məlumata görə, həmin şəxslərin iddiasına Nəsimi Rayon Məhkəməsində baxılıb.
Zərərçəkmiş şəxslər həmin hadisələr vaxtı xeyli müddət qapalı şəraitdə saxlanıldqlarını, müxtəlif əzab-iztirablara məruz qaldıqlarını bildiriblər.
2021-ci ildə “Tərtər işi” üzrə istintaq yeniləndikdən sonra zərərçəkmiş qismində tanınan şəxslər, üzləşdikləri vəziyyətə görə 100-200 min manatlıq kompensasiya tələb ediblər.
Ayrı-ayrı baxılan məhkəmə işlərində cavabdeh qismində Maliyyə Nazirliyi tanınıb. Sözügedən nazirlik isə iddia tələbinə etiraz edərək, bu dövlət qurumunun hərəkətləri nəticəsində onlara zəər dəyilmədiyi bildirilib.
Nəsimi Rayon Məhkəməsi yekunda iddiaları qismən təmin edib. Zərərçəkmişlərdən birinə 7500 AZN, digər ikisinə isə müvafiq olaraq 8000 və 8500 manat kompensasiya ödənilməsinə dair qərar çıxarırılıb.
Xocasən yolundakı çuxurlar ya ziyan vurur, ya da qəza riski yaradır - VİDEO
İçərişəhərdə maşınını park edən idmançı qiymətdən şoka düşdü - VİDEO
Biləcəridə nəhəng ağac yolu bağladı, işi yarımçıq qoyub getdilər - VİDEO
Xırdalanda güclü külək binanın dam örtüyünü uçurdu – VİDEO
Bakıda avtobus qəza törətdi: Ölən var
Sərhədi uçuş aparatı ilə pozan İran vətəndaşı saxlanıldı - DSX-dən ƏMƏLİYYAT - VİDEO
"Başı ağrıyırmış, hamama gedib..." - Yataqxanada tələbənin ölümünün təfərrüatı - VİDEO
Azərbaycanda mina partlayışı: Ölən və yaralanan var - RƏSMİ
Qadın müştəri kimi mağazaya girdi, qızılı ovucunda gizlədib apardı - VİDEO
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı












