Tərtərdə dəhşət: Ər-arvad yanaraq ÖLDÜ - YENİLƏNİB

Hadisə 6 Avqust 2026 11:03
Tərtərdə dəhşət: Ər-arvad yanaraq ÖLDÜ   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Tərtər rayonunda evdə baş verən dəhşətli yanğın hadisəsinin təfərrüatı məlum olub.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin Nərimanov küçəsində fərdi yaşayış evində baş verib.

Rayon sakini, 1941-ci il təvəllüdlü Əsgər Səmədova məxsus evin mətbəxində baş verən qısaqapanma zamanı yanğın hadisəsi baş verib. Daha sonra evin mətbəxində quraşdırılmış qaz balonunun qızmasından partlayış olub.

Hadisə nəticəsində ev sahibi Əsgər Səmədov və onun həyat yoldaşı, 1954-cü il təvəllüdlü Adilə Hüseynova yanaraq ölüblər.

Yanğın söndürüləndən sonra ər-arvadın yanmış meyitləri yataq otağında aşkar edilib.

***10:41

Tərtərdə fərdi evdə yanğın baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə zamanı Hüseynova Adilə Soltan qızı və onun həyat yoldaşı Səmədov Əsgər Vəli oğlu yanaraq dünyalarını dəyişiblər.

Faktla bağlı araşdırma başlanıb.

Oxunub : 242
ŞƏRH YAZ
Ad

E-mail

Şərh