Maşınların arasından qaçan qadın qəzadan son anda qurtuldu - VİDEO

Paytaxtın Nizami rayonu, Mikayıl Əliyev küçəsində yol hərəkəti qaydalarını pozan piyada kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyulun 31-də saat 17:03 radələrində qeydə alınıb.
Görüntülərdən məlum olur ki, orta yaşlı qadın yolda yaranmış nəqliyyat sıxlığından istifadə edərək avtomobillərin arasından qaçmaqla yolu keçməyə cəhd edib. Bu zaman o, ən sağ hərəkət zolağı ilə hərəkət edən avtomobillə toqquşmaq təhlükəsi ilə üz-üzə qalıb və son anda qəzadan yayınıb.
Kadrlarda piyadanın yolu piyada keçidi olmayan hissədən keçdiyi, eyni zamanda hərəkətdə olan nəqliyyat vasitəsinə kifayət qədər diqqət yetirmədiyi aydın görünür. Belə davranış həm piyadanın öz həyatı, həm də digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır.
Qeyd edək ki, qanunvericiliyə əsasən, piyadalar yolu yalnız piyada keçidlərindən, onlar olmadıqda isə müəyyən edilmiş qaydalara riayət etməklə keçməlidirlər. Nəqliyyat axınının arasından qəfil hərəkət etmək və sürücünün piyadanı vaxtında görməsinə mane olan hallarda yola çıxmaq yol-nəqliyyat hadisəsinin baş verməsi riskini əhəmiyyətli dərəcədə artırır. Bu cür qayda pozuntuları faciəvi nəticələrlə yekunlaşa biləcəyindən, piyadaların hərəkət zamanı daha məsuliyyətli davranmaları vacibdir.
Nərmin
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO












