Gölməçənin altında gizlənən təhlükə: Gündə 20-30 avtomobil bu çuxura düşür - VİDEO

Paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Nicat Mustafayev küçəsində yaranmış dərin çökəklik sürücülər üçün ciddi təhlükə yaradır.
Avtosfer.az-ın məlumatına görə, sözügedən problemlə bağlı sakinlərdən biri ərazidəki vəziyyəti videoya çəkərək sosial şəbəkədə paylaşıb.
Kadrlardan görünür ki, yolun asfalt örtüyü aşınıb, nəticədə dərin çökəklik əmələ gəlib. Çuxur yağış və ya gölməçə suyu ilə dolduğundan onun dərinliyini müəyyən etmək mümkün olmur. Bu səbəbdən ərazidən ilk dəfə keçən sürücülər təhlükəni əvvəlcədən görməyərək avtomobillərini çuxura salırlar. Videodan həmçinin görünür ki, çökəkliyin içərisində daş da var ki, bu da nəqliyyat vasitələrinə ziyan vurmaq riskini daha da artırır.
Şikayətçinin sözlərinə görə, gün ərzində təxminən 20-30 avtomobil həmin çuxura düşərək maddi ziyan görür.
Sakin bildirib ki, şəhid Nicat Mustafayevin adını daşıyan küçə uzun müddətdir bu vəziyyətdədir. Onun iddiasına görə, problemə baxmayaraq, indiyədək aidiyyəti qurumlar tərəfindən ərazidə hər hansı təmir-bərpa işləri aparılmayıb.
Qeyd edək ki, yolda yaranmış bu cür çökəkliklər həm nəqliyyat vasitələrinə maddi ziyan vurur, həm də yol-nəqliyyat hadisələrinin baş vermə riskini artırır.
Nərmin
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO










