Tikiş fabrikində yanğın: 16 ölü

Banqladeşin paytaxtı Dəkkə şəhərində baş vermiş yanğın nəticəsində ölənlərin sayı 16-ya çatıb. Avtosfer.az xəbər verir ki, bu barədə "The Daily Star" qəzeti məlumat yayıb. Yanğın paytaxtın Rupnaqar rayonunda tikiş fabrikində və yaxınlıqdakı kimyəvi maddələr anbarında baş verib. Fövqəladə Hallar Xidmətinin ilkin məlumatlarına görə, yanğına güclü zəhərli qazın partlaması səbəb olub, ölüm hallarına da elə zəhərlənmələr səbəb olub. Kimyəvi maddələr anbarındakı yanğın davam edir. Yanğınsöndürmə qrupları zəhərlənmə riskinə görə yanğın ocaqlarına çox da yaxınlaşa bilmir.
***
Banqladeşin paytaxtı Dəkkə şəhərində yerləşən tikiş fabriki və yaxınlıqdakı kimya anbarında baş vermiş güclü yanğın nəticəsində azı 9 nəfər həlak olub, bir neçə nəfər ağır yaralanıb. Avtosfer.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Məlumata görə, yanğın mühafizə xidmətinin rəsmilərindən biri Talha bin Caşim Mirpur rayonunda yerləşən müəssisələrin birinci və ikinci mərtəbələrindən 9 cansız bədənin çıxarıldığını təsdiqləyib. Onların dəm qazından boğulduğu ehtimal edilir. Yanğının söndürülməsinə 12 yanğın-mühafizə briqadası cəlb olunub. Yanğının səbəbi hələ ki, məlum deyil.
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO












