Tovuzda iki mərtəbəli ev yanıb, yaşlı kişi xilas edildi
Hadisə
12 Aprel 2026 18:40

Tovuz rayonunda yanğın hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb. Kənd sakini Mərdan Əsədova məxsus, ümumi sahəsi 220 kvadratmetr olan iki mərtəbəli fərdi yaşayış evinin təxminən 80 kvadratmetr hissəsi – dam örtüyü və yanar konstruksiyalar, həmçinin ev əşyaları ilə birlikdə yanıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Tovuz rayon yanğından mühafizə hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb və alovun ətraf ərazilərə yayılmasının qarşısı alınıb.
Yanğın zamanı evdə köməksiz vəziyyətdə qalan yaşlı kişi xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxunub : 492
DİGƏR XƏBƏRLƏR
6 Noyabr 2026 18:30
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
6 Noyabr 2026 14:00
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
6 Noyabr 2026 11:14
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
6 Noyabr 2026 11:06
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
6 Noyabr 2026 10:44
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
5 Noyabr 2026 18:26
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
5 Noyabr 2026 17:16
Dehli yenə gözəgörünməz oldu
5 Noyabr 2026 14:00
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
5 Noyabr 2026 12:23
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
4 Noyabr 2026 19:57
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
4 Noyabr 2026 17:30
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO
4 Noyabr 2026 16:00
Hövsanda yolu keçən piyadaların qarşısına avtobus çıxır - VİDEO
ŞƏRH YAZ












