Tovuzda narkotik əməliyyatı - İki nəfər həbs edildi - FOTO

Tovuz rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən iki nəfər tutulub.
Avtosfer.az xəbər verir ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Yusif İsazadə müəyyən edilərək saxlanılıb.
Onun əlindəki çantaya baxış zamanı ümumilikdə 2 kiloqram marixuana, heroin və metamfetamin aşkar olunaraq götürülüb.
Polis əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində rayon ərazisində narkokuryerlik fəaliyyəti ilə məşğul olmaqda şübhəli bilinən Əskər Hüseynov da məsuliyyətə cəlb edilib. Ondan çəkisi 1 kiloqram olan marixuana və heroin aşkar edilərək götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Elektrovozun qarşısına çıxan kişi ÖLDÜ - FOTOLAR
Oğurluq edən keçmiş məhkumlar SAXLANILDI
Qayda pozan piyadanın vecsizliyi sürücünün diqqətindən yayınmadı - VİDEO
DİN əməliyyat keçirdi: Saxlanılan şəxslərin siyahısı - VİDEO
Fira Cəlilovanın evinə basqın edildi - DİN-dən açıqlama - VİDEO
Xaçmazda quma batan maşını çıxarmağa gələn texnikalar da batdı - VİDEO
Bakıxanovda ağac budaqları sürücüləri əks yola çıxmağa məcbur edir - VİDEO
Biləcəridə aylardır qazılan yol sürücüləri tıxacda gözlədir - VİDEO
Xırdalanda avtobus qazılmış yolda ilişib qaldı - VİDEO
Nərimanovda qırılmış ağac təhlükəli vəziyyət yaratdı - VİDEO
Viski içib maşınla qayınatasıgilə getdi; 7 yaşlı uşağı vurub öldürdü













