Toya gedən koronavirus xəstələri saxlanıldı - FOTO

Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən aktiv koronavirus xəstələrinin şəhər ərazisində yerləşən şadlıq evlərində təşkil edilən toy mərasimində iştirak etməsinin qarşısı alınıb. Avtosfer.az xəbər verir ki, polis əməkdaşlarının nəzarət tədbirlər zamanı "Gold Palace" şadlıq evində toyda iştirak edən Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbə sakini Ş.N koronavirus xəstəsi olduğu müəyyən edilib. Digər koronavirus xəstəsi isə "Xəlifə" şadlıq sarayında aşkarlanıb. Belə ki, yoxlama zamanı Abşeron rayonu, Saray qəsəbə sakini Şükürov Allahşükür Niftulla oğlunun aktiv COVİD-19 xəstəsi olduğu məlum olub. COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün onlara ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub. Hər iki şəxs qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və infeksiyanın yayılmasına şərait yaradıblar. Həmin şəxslər restorana daxil olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvanlara geri qaytarılıblar.
Onlar barəsində Sumqayıt Polis İdarəsində araşdırma aparılır.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ













