Bakıya uçan təyyarə məcburi ENİŞ ETDİ

Hadisə 12 Avqust 2026 22:35
Bakıya uçan təyyarə məcburi ENİŞ ETDİ
WhatsApp kanalımıza abunə olun

Rusiyada "UTair" aviaşirkətinə məxsus, Tümendən Bakıya uçuş həyata keçirən təyyarə texniki səbəbdən Ufada məcburi eniş edib.

Avtosfer.az xəbər verir ki, bu barədə Ural Nəqliyyat Prokurorluğu məlumat yayıb.

Qeyd olunub ki, 12 avqust saat 21:15 radələrində yerli vaxtla (Bakı vaxtı ilə 20:15) təyyarə "Ufa" beynəlxalq hava limanına enib. Ekipaj texniki səbəbdən marşrutdan kənara çıxmaq qərarına gəlib.

Eniş normal rejimdə həyata keçirilib. Nəqliyyat Prokurorluğu nəzarət tədbirləri təşkil edib və sərnişinlərin hüquqlarına riayət olunmasına nəzarət edilir.

Oxunub : 190
ŞƏRH YAZ
Ad

E-mail

Şərh