28 saat yatmayan sürücü məhkəməyə verildi

Bu günlərdə İsveçrə polisi yolda ziqzaqla hərəkət edilən ağırtonajlı avtomobili saxlayıb.
Avtosfer.az xəbər verir ki, Türkiyədən gələn avtomobilin sürücüsü şübhə yaratdığı üçün polis taxoqrafa baxış keçirib.
Məlum olub ki, türk sürücü 27 saat 28 dəqiqə ciddi fasilə vermədən sükan arxasında olub. Başqa sözlə, o, avtomobildən yalnız yanacaq doldurmaq və bir neçə dəqiqə dincəlmək üçün düşüb.
Taxoqrafa baxış keçirərkən onun fevraldan iyuladək 29 dəfə oxşar qayda pozuntusuna yol verdiyi üzə çıxıb. Buna görə də sürücüyə 5000 frank (10 000 manat) cərimə yazılıb, iş baxılmaq üçün məhkəməyə göndərilib.
Məhkəmə bitənədək avtomobilə və yükə həbs qoyulub.
İsveçrə qanunvericiliyinə görə sürücünün sutkalıq iş rejimi 9 saat müəyyən edilib və buna 90 ildir ciddi nəzarət edilir.
Bu, türkiyəli sürücülərlə bağlı ilk hal deyil. Martda Barselona polisi 13 saat dayanmadan sükan arxasında olan və ümumilikdə 30 qayda pozan sürücüyə 47 000 avro cərimə tətbiq etmişdi.
Başqa bir sürücüyə isə bu ilin ilk 5 ayında Polşa, Lüksemburq və Fransada üst-üstə 100 min avrodan çox cərimə yazılıb. Bütün hallarda səbəb iş normasının pozulması və taxoqrafa müdaxilədir.
Türkiyə mediasında bu xəbərlər ya işıqlandırılmır, ya da diskriminasiya kimi təqdim edilir. Lakin, qədim Romada deyildiyi kimi, “dura lex, sed lex”, yəni qanun nə qədər sərt olsa da, qanundur. Başqa sözlə, “müdir deyir ki, yatma, sür” prinsipi Avropada işləmir.
Yuxulu sürücü Avropada mübaliğəli olsa da, tank əleyhinə minaya bənzədilir. Bu mina heç bir təqsiri olmayan yol hərəkəti iştirakçısının da həyatına son qoya bilər.
Vüqar
Britaniyalı səyyah 28 il sonra evə qayıtdı – Azərbaycandan da keçib - FOTO
Kiberdələduzluq şəbəkəsinin “Call center”lərinə beynəlxalq zərbə - KMBİ-dən ƏMƏLİYYAT - FOTO - VİDEO
Sərxoş qadına maşın verdi, sürücülük vəsiqəsindən oldu
Sükan arxasında yuxuya gedən sürücü faciənin bir addımlığından döndü - VİDEO
Motosikletin qabağına qaçan kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO












