Türkiyə 32 alpinisti axtarış və xilasetmə əməliyyatı üçün İrana göndərdi

Türkiyə 32 alpinisti axtarış və xilasetmə əməliyyatı üçün İrana göndərib.
Avtosfer.az xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) "X"dəki hesabında bildirib.
Bu gün İran Prezidenti İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğraması ilə bağlı məlumat aldıq. İran Xarici İşlər Nazirliyimiz vasitəsilə ölkəmizdən gecə görünüşlü axtarış-xilasetmə helikopter istədi. Van və Ərzurum vilayətlərindəki qurumlarımızdan 32 alpinist axtarış-xilasetmə heyəti və 6 nəqliyyat vasitəsi əraziyə getmək üçün yola düşdü. Bundan əlavə, Ankara, Diyarbəkir və Konyadan olan hər biri 15 nəfərdən ibarət alpinist axtarış-xilasetmə heyətimiz hazır vəziyyətdədir. Hadisələri izləyirik”, - AFAD qeyd edib.
Qeyd edək ki, İranda Prezidentin olduğu helikopter sərt eniş edib. Təyyarədə həmçinin İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və ölkənin bir sıra digər rəsmiləri də olub. Prezidentin kortejində üç helikopter olub, onlardan ikisi nazirləri və məmurları daşıyaraq təyinat yerinə salamat çatıb. Hazırda helikopterin axtarışları davam etdirilir.
(Report)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












