Türkiyədə parlamentin binası önündə maşınını yandıran şəxslə bağlı yeni detallar üzə çıxıb - VİDEO

Türkiyə Böyük Millət Məclisinin (TBMM) qarşısında avtomobilini yandıran şəxsin kimliyi və keçmişi diqqət çəkib.
Avtosfer.az xəbər verir ki, hadisə avqustun 19-da səhər saatlarında Ankaranın Çankaya rayonunda baş verib. Mersindən hərəkət edən 57 yaşlı Mehmet Emin F. TBMM-nin qarşısında ağ rəngli “Toros” markalı avtomobilini yandırıb. Avtomobil yanğınsöndürənlər tərəfindən söndürülüb və maşın yararsız hala düşüb. Şübhəli polis tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyi açıqlayıb ki, həmin şəxs psixoloji problemlərdən əziyyət çəkir və 16 müxtəlif cinayət qeydi mövcuddur. Onun üzərində “oğurluq”, “rəsmi sənədləri saxtalaşdırma”, “avtomobil oğurluğu”, “ictimai təhlükəsizliyi qəsdən təhlükəyə atmaq” kimi ittihamlar var. Nazirliyin məlumatına görə, şübhəli Xüsusi İstehlak Vergisində (XDV) endirim gözləyirmiş və bu baş vermədiyi üçün avtomobilini yandırıb.
Araşdırma zamanı məlum olub ki, Mehmet Emin F. 2006-cı ildə Mersində şəhid dəfnində izdiham yaratmağa cəhd edib və 2007-ci ildə “Cinali qrupu” adlı mütəşəkkil cinayət təşkilatının üzvü olub.
Ankara Respublika Baş Prokurorluğu faktla bağlı “ictimai təhlükəsizliyi qəsdən təhlükəyə atmaq” ittihamı ilə istintaqa başlayıb.
Eltac Zülfüqaroğlu
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO
Hövsanda yolu keçən piyadaların qarşısına avtobus çıxır - VİDEO












