Türkiyədə sərnişin avtobusu aşdı - 46 yaralı

Qəzalar 16 İyul 2026 09:24
Türkiyədə sərnişin avtobusu aşdı - 46 yaralı
WhatsApp kanalımıza abunə olun

Türkiyənin Amasya vilayətinin Merzifon rayonunda sərnişin avtobusunun aşması nəticəsində 46 nəfər xəsarət alıb.

Avtosfer.az TRT-yə istinadən xəbər verir ki, İstanbuldan Ordu istiqamətində hərəkət edən, E.V.-nin idarə etdiyi ikimərtəbəli sərnişin avtobusu Sarıköy ərazisində sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə polis, təcili tibbi yardım və yanğınsöndürmə briqadaları cəlb olunub.

Qəza zamanı avtobusda olan 46 nəfər yaralanıb. Yaralılar təcili yardım avtomobilləri ilə Merzifon, Amasiya, Suluova və Gümüşhacıköy rayonlarındakı xəstəxanalara çatdırılıb.

Amasiya valisi Öndər Bakan bildirib ki, avtobusda 75 sərnişin və 5 nəfərdən ibarət heyət olub.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Oxunub : 124
ŞƏRH YAZ
Ad

E-mail

Şərh