Üç rayonda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanıldı - FOTO

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə təsərrüfatlardan oğurluq etməkdə şübhəli bilinən Nahid Quliyev və Vüsal Şıxəliyev saxlanılıblar.
Avtosfer.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, araşdırmalar zamanı onların 6 təsərrüfatdan 37 baş iri və xırdabuynuzlu heyvan oğurladıqları müəyyən edilib.
Bundan əlavə, onların Kürdəmir və Hacıqabul rayonları ərazisində də analoji faktlar törətdikləri məlum olub.
Şöbə əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat zamanı isə rayonun Yastıqobu kənd sakini Habil Abuşov və oğlu Ramin saxlanılıblar. Onların yaşadığı evdən 27 ədəd xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən çətənə kolu götürülüb.
Saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB














