Ukrayna müdafiə nazirinin müavini: “Xarkovda durum ağırdır"

“Gün ərzində Mariupola aviazərbələr endirilib, dəniz limanına hücumlar olub”.
Avtosfer.az “Ukrinform”a istinadən xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib. “Silahlı Qüvvələrimiz güclü müdafiəni təmin edir. Mariupol Ukrayna üçün qalxandır. Bu şəhər Rusiya qoşunlarının daha irəli getməsinin qarşısını alır”, - o vurğulayıb. Nazir müavininin sözlərinə görə, son sutka ərzində Ukrayna Silahlı Qüvvələri Donetsk və Luqansk istiqamətində qarşı tərəfin 10 hücumunu dəf edib: “Xarkovda durum ağırdır. Şəhərin bir hissəsi mühasirədə qalıb. Qarşı tərəfin şəhərə hücumları davam edir. Savaş Mariupolda ən böyük humanitar fəlakətlərdən birinə səbəb olub. Rusiya hərbçiləri dinc sakinləri hədəf alır, humanitar yardıma mane olurlar”.
Qeyd edək ki, Mariupolun meri daha əvvəl demişdi ki, müharibədən bəri şəhərdə 20 minə qədər dinc sakin həlak olub.
Kristal Abşeronun həyətində xaos: Hərəkət çətinləşdi - FOTO
Avtobus palçıqlı yolda batdı - VİDEO
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO
Piyada keçidi var, amma səkiyə çıxış yoxdur - ŞİKAYƏT - VİDEO












