Ukraynada fransız jurnalist qətlə yetirilib – FOTO

Ukraynanın Luqansk vilayətində, Severodonetsk şəhəri ətrafında Rusiya ordusunun bölmələri təxliyə avtobusunu atəş tutublar, nəticədə fransız jurnalist həlak olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday öz “Telegram” kanalında məlumat verib. O qeyd edib ki, zirehli təxliyə maşını 10 nəfəri götürmək məqsədi ilə hərbi əməliyyatların getdiyi əraziyə yollanıb və düşmənin atəşi altına düşüb. “Mərmi qəlpələri zirehli avtomobili deşərək təxliyə haqqında reportaj hazırlayan akkreditə olunmuş fransız jurnalisti boyun nahiyəsindən ölümcül yaralayıb”, - hərbi administrasiyanın rəhbəri vurğulayıb. İnsident nəticəsində təxliyə rəsmi olaraq dayandırılıb. “Severodonetsk yaxınlığında dünyasını dəyişən fransız jurnalistin adı Frederik Leklerdir. O, BFM TV kanalında işləyib”, - Sergey Qayday vurğulayıb. Xatırladaq ki, hazırda Ukraynanın Severodonetsk şəhəri uğrunda şiddətli döyüşlər davam edir.
Mənbə: Unian
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












