Vətəndaşların 90 min manatını mənimsəyən qadın saxlanılıb - FOTO

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edərək onlara külli miqdarda ziyan vuran Şəki şəhər sakini, əvvəllər də dələduzluq etdiyinə görə məhkum olunmuş İradə Musayeva saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, İ.Musayeva Zaqatalada altı nəfər şəxsin etibarından sui-istifadə edərək ümumilikdə onların 90 min manat pulunu mənimsəyib.
Saxlanılan şəxs vətəndaşları əsasən işə düzəltmək, pensiya təyin etdirmək və sosial ev tikdirmək vədləri ilə aldadıb. Həmçinin, İ.Musayeva zərərçəkmişə özünü nazirliklərdən birinin əməkdaşı kimi təqdim edib və xarici ölkə universitetini bitirən tələbənin diplomunu təsdiq etdirəcəyi adı ilə aldadıb, onun 7500 manat pulunu ələ keçirib. Təqsirləndirilən şəxs ifadəsində respublikanın digər şəhər və rayonlarında da analoji cinayət əməlləri törədərək külli miqdarda pul mənimsədiyini etiraf edib.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-in “102” Xidməti Zəng Mərkəzinə, eləcə də Zaqatala Rayon Polis Şöbəsinə müraciət etmələri xahiş olunur.
Parkla yolu səhv salan piyada qəza təhlükəsi yaratdı - VİDEO
286 km/saat sürətdə təkər cırıldı, zərərçəkən olmadı - VİDEO
Bakıda Çin maşını ilə "avtoş"luq edən saxlanıldı
Muzeydən milyonlarla dəyəri olan nadir eksponat oğurlandı
Xırdalanda yolu qazıb yarımçıq qoydular – Sürücülər çətinlik çəkir - VİDEO
Maşınların arasından çıxan piyada qəzadan güclə qurtuldu - VİDEO
Psixoloq fəaliyyəti ilə bağlı AEM-dən mühüm açıqlama: Sənədlərə diqqət EDİN
Bakıda məktəbli öldürüldü: Sinif yoldaşı tutuldu
Abşeronda toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır
Sükan arxasında sərxoş tutulan nazir həm avtomobilindən, həm də vəzifəsindən oldu
Bu ölkədə cərimə yol vergisindən daha səmərəlidir












