Vətəndaşların pulunu ələ keçirən şəxs saxlanılıb - FOTO

Nihad Rəhimli adlı şəxsin Birləşmiş Ərəb Əmirliklərindən fotoaparatlar gətirib satmaq adı ilə vətəndaşın 355 min manat pulunu ələ keçirməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, N.Rəhimlinin iş qurmaq adı ilə şirnikləndirici vədlər verərək digər bir Lənkəran sakininə qarşı dələduzluq etdiyi də müəyyən edilib. O, Dubayda otel biznesinə yatırım etmək adı ilə zərərçəkənin 40 min manat pulunu ələ keçirib.
N.Rəhimli istintaqdan yayınmaq məqsədilə bir müddət müxtəlif ünvanlarda gizlənsə də, Bakı şəhərində saxlanılaraq istintaqa təhvil verilib. Barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda həmin şəxsin digər analoji əməllərinin olub-olmadığı araşdırılır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












