Vulkan püskürməsinə görə 4 hava limanı bağlanıb

İndoneziyada Levotobi vulkanının püskürməsi səbəbindən dörd hava limanı müvəqqəti bağlanıb.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar üzrə Milli Agentliyin nümayəndəsi Abdul Muxari bildirib.
“Şərqi Nusa-Tenqara əyalətinin Sikka bölgəsindəki Frensis Xavyer Seda hava limanı müvəqqəti bağlanıb. Əyalətdəki digər üç hava limanında da işlər dayandırılıb. Vulkanik külün yayılması nəticəsində Labuan Baco şəhəri yaxınlığındakı Komodo Beynəlxalq Hava Limanında 14 reys təxirə salınıb”, - o deyib.
Qeyd edək ki, Levotobi Laki-Laki vulkanının püskürməsi noyabrın 4-nə keçən gecə başlayıb və püskürmə zamanı vulkan külləri 2 min metr hündürlüyə çatıb. Fövqəladə Hallar üzrə Milli Agentliyindən bildirilib ki, vulkan püskürməsi yaxınlıqdakı yaşayış məntəqələrində yanğınlara səbəb olub.
Səlahiyyətlilər vulkan püskürməsindən zərər çəkmiş 14 kənddən 10 200-dən çox insanı təxliyə edib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












