Xaçmazda yük avtomobili qəfil yandı - Xəsarət alanlar var

Xaçmaz rayonunda TIR yanıb.
Avtosfer.az xəbər verir ki, hadisə səhər saatlarında Bakı-Gəndob-Yalama avtomobil yolunun Xaçmazdan keçən hissəsində baş verib.
Belə ki, Əmrah Şeydayevin idarə etdiyi iritonnajlı yük avtomobilinin kabinəsində qəfil yanğın başlayıb. Alov tez bir zamanda yük maşınını ağuşuna alıb.
Sürücü və sərnişini avtomobili söndürməyə cəhd etsələr də, buna nail ola bilməyiblər. Hadisə nəticəsində Xaçmaz rayonunun Şıxlı kənd sakini, 1962-cil təvəllüdlü Şeydayev Əmrah Qəhraman oğlu və sərnişin - Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Mehdiyev Nofəl Bəhmən oğlu müxtəlif yanıq xəsarətləri alıblar.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşınları və canlı qüvvələri cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

"Report"
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












