Xalq artisti Əlibaba Məmmədov vəfat etdi

Xalq artisti Əlibaba Məmmədov vəfat edib.
Avtosfer.az xəbər verir ki, o, 92 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Xalq artisti Əlibaba Məmmədov 5 fevral 1930-cu ildə Bakının Maştağa kəndində anadan olub. Əlibaba Məmmədovun xanəndə kimi yetişməsində Bakının və Abşeron kəndlərinin özünəməxsus muğam mühiti böyük rol oynayıb. Əlibaba Məmmədov musiqi təhsilini 1953-1958-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinifində təhsil alıb. 1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1978-1988 illərdə “Azkonsert birliyi”nin solisti olub. Ə.Məmmədov 100-dən artıq mahnı və təsniflər yaradib ki, onlar xanəndələrin repertuarlarına daxil edilib. Əlibaba Məmmədovun xidməti dövlətimiz tərəfindən yüksək dəyərləndirilib. O, Azərbaycan SSR Əməkdar artisti (18 may 1963), Azərbaycan SSR Xalq artisti (17 may 1989) fəxri adlarına, "Şöhrət" ordeni (4 fevral 2000), "Qızıl çinar" beynəlxalq mükafatı (10 may 2009"), İstiqlal" ordeni (3 fevral 2010), "Şərəf" ordeni (4 fevral 2020) mükafatlatına layiq görülüb.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












