Xankəndidə silahlı şəxs tutuldu - FOTO - VİDEO

Tikinti şirkətlərinin birində usta köməkçisi işləyən Xocavənd rayon sakini Əmrah Haqverdiyev Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Avtosfer.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, şəxsi axtarış zamanı onun üzərindən sandıqcasında 8 ədəd patron olan "Makarov" tipli tapança və həmin tapançaya aid əlavə 16 ədəd patron aşkar olunaraq götürülüb.
Davam etdirilən tədbirlərlə onun şəhər ərazisində ayrı-ayrı tikililərdə əvvəlcədən gizlədərək saxladığı 1 ədəd "AK-74" markalı avtomat silah, 6 ədəd patron darağı, 273 ədəd müxtəlif çaplı patron, müvəqqəti yaşadığı evdən 3 ədəd süngü-bıçaq aşkar olunaraq götürülüb.
Faktla bağlı şəhər polis şöbəsində Ə.Haqverdiyev barəsində Cinayət Məcəlləsinin qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə maddəsi ilə cinayət işi başlanılıb.
Araşdırmalar davam etdirilir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB













