Xəstəxanada 17 yaşlı qız müəmmalı şəkildə ölüb - VİDEO

Bakıda qabırğa ağrısı şikayəti ilə xəstəxanaya aparılan 17 yaşlı qız iki gün sonra tibb müəssisəsində vəfat edib.
Hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib.
Qəsəbə sakini Ümüd Quliyev bildirib ki, qızı Nuranə Quliyevanı bu il fevralın 5-də Maştağada yerləşən 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına aparıb.
İki gün sonra, fevralın 7-də qızı vəfat edib. Ümüd Quliyev iddia edib ki, qızının ölümünə səbəb həkimlərin adları bilinməyən iynələri vurmalarıdır.
Ata qızı xəstəxanada olduğu iki gün boyunca həkimin tapşırdığı iynə-dərmanların hamısını alaraq xəstəxanaya çatdırdığını deyir.
Onun sözlərinə görə, qızı vəfat edəndə heç həkim xəstəxanada olmayıb, təlimatları tibb bacısına telefonla verib. Valideynləri dərhal gənc qızın cansız bədənini Məhkəmə-Tibb Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparıblar. Ekspertizanın nəticəsinə görə, ölüm səbəbi beyinə qansızması olub.
Ata bildirib ki, Sabunçu Rayon Prokurorluğunun araşdırmasında isə açıq şəkildə qeyd olunub ki, tibb bacısı xəstəyə adını bilmədiyi iynəni vurub.
Ümüd Quliyev tələb edir ki, həqiqət ortaya çıxmalı və səbəbkarlar cəzalandırılmalıdırlar.
Ətraflı süjetdə:
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












