Xeyriyyə fonduna pul köçürməkdən imtina edən şəxsin bahalı maşını yandırıldı - FOTO

Xeyriyyə fonduna pul köçürməkdən imtina edən şəxsin bahalı avtomobili yandırılıb. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Soçi şəhərində baş verib. Məlumata görə, 48 yaşlı kişi əvvəlcədən aralarında mübahisə yarandığı tanışına məxsus “Mercedes” markalı avtomobilin kapotuna benzin tökərək od vurub. Cinayət anı ərazidə yaşayan bir qadın tərəfindən görülüb və o, dərhal polisə məlumat verib.
Hüquq-mühafizə orqanlarının çevik müdaxiləsi nəticəsində 48 yaşlı şəxs qısa müddətdə öz evində saxlanılıb. İlkin dindirmə zamanı məlum olub ki, saxlanılan şəxs avtomobil sahibindən xeyriyyə məqsədləri üçün böyük məbləğdə pul köçürməsini tələb edib. İmtina cavabı aldıqdan sonra isə intiqam almaq qərarına gəlib.
Hadisənin nəticəsində zərərçəkənə 2 milyon rubldan (təxminən 36 000 AZN) artıq maddi ziyan dəyib.
Faktla bağlı cinayət işi açılıb. "Xeyriyyəçi" qisasçını törətdiyi əmələ görə 5 ilə qədər həbs cəzası gözləyir.
Namiq Musayev


Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO














