Xəzər Tibb Mərkəzində xəstəyə işgəncə verilib? - RƏSMİ AÇIQLAMA + FOTO

Mərdəkanda yerləşən 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının (Xəzər Tibb Mərkəzi - red.) Reanimasiya şöbəsində gecə növbəsində olan tibb bacılarının xəstənin əl-qolunu bağlayaraq, ona işgəncə verdikləri iddia olunur. Bununla bağlı məlumat sosial şəbəkələrdə paylaşılıb.
Məsələ ilə əlaqədar Oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hadisənin baş verdiyi tarixdə növbədə olan həkim və tibb bacısı tərəfindən göstərilən xidmətlə bağlı araşdırma aparılıb:
“Məsələ Tibbi Şurada müzakirə ediləcək, fəaliyyətində nöqsan aşkar edilən tibb personalı barəsində müvafiq intizam tənbehi tədbirləri görüləcək. Əlavə olaraq, şöbə əməkdaşları ilə söhbət aparılıb və müvafiq göstərişlər verilib. Müəssisə rəhbərliyinə nəzarətin gücləndirilməsi tapşırılıb”.
Məlumatda qeyd olunub ki, qollarının kəsildiyi iddia olunan Gülüstan Nadir qızı Dadaşova 10.04.24-cü il tarixində beyin qan dövranının kəskin pozulması, kəskin işemik insult diaqnozu ilə Xəzər Tibb Mərkəzinə qəbul edilib:
“Aprelin 11-də xəstə göndəriş əsasında özəl tibb müəssisəsində MRT (maqnit-rezonans tomoqrafiya) müayinəsindən keçirilib. Növbəti gün səhər saatlarında tibb bacısı tərəfindən xəstənin qollarında kəsiklər aşkar edilib, aseptik sarğı qoyulub. Pasiyent aprelin 14-də yaxınlarının təkidi ilə öz iltizamnaməsi əsasında kafi vəziyyətdə evə buraxılıb”.

Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












